Türkiyənin "Fənərbağça" klubu İngiltərə təmsilçisi "Mançester Siti"nin ulduz futbolçusu Kevin De Bruyneni heyətinə qata bilər.
Bakıvaxtı.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-lacıvərdlilər"in baş məşqçisi Joze Mourinyo şəxsi əlaqələrindən istifadə edərək bu transferi həyata keçirməyi planlaşdırır.
Belçika millisinin üzvünün xidmətində ABŞ və Səudiyyə Ərəbistanı klubları da maraqlıdır. 33 yaşlı yarımmüdafiəçinin "şəhərlilər"lə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Qeyd edək ki, Kevin De Bruyne cari mövsüm "Mançester Siti"nin heyətində 10 oyunda meydana çıxıb və 2 qol vurub.