• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fərid Qayıbov Binə Atçılıq Mərkəzində

İDMAN

28 Dekabr 2021 | 19:02 | Müəllif: Subhan Mahmudov

Fərid Qayıbov Binə Atçılıq Mərkəzində

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) fəaliyyəti ilə tanış olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. F.Qayıbov əvvəlcə Binə Atçılıq Mərkəzində yaradılmış şəraitlə maraqlanıb, idmançıların məşq prosesini izləyib. Federasiyanın baş katibi Bəhruz Nəbiyev ARAF-ın fəaliyyəti və bu idman növünün inkişafı üçün görülən işlər barədə məlumat verib.

Nazir çövkən, polo və cıdır yarışlarının keçirildiyi qapalı və açıq manejlərə baxıb, burada atçılıq idman növünün inkişafı üçün yaradılmış şəraitlə maraqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026