“Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər və bunu mitinq kimi təqdim edirlər. Guya bunlara işgəncə verirlər, ona görə bu mitinq keçirilib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, bu yolla xaricdən sığınacaq almağa çalışırlar: “Bu da insan alverinin bir yoludur. Viza alıb, xaricə gedən kimi də başlayırlar, söyüşə, təhqirə. Ekstradisiya məsələsi bununla bağlı da tətbiq edilməlidir”.