• Bakı C

    15.04 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Fəxrəddin Altun: Ərdoğanın hüquqlarını qoruyacaq və böhtan kampaniyalarına qarşı çıxacağıq

DÜNYA

19 Mart 2025 | 19:04

Fəxrəddin Altun: Ərdoğanın hüquqlarını qoruyacaq və böhtan kampaniyalarına qarşı çıxacağıq

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Rəcəb Tayyib Ərdoğan barəsində böhtan xarakterli kampaniyaların qarşısının alınacağını deyib.

Bakıvaxtı.az  xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

F.Altun bildirib ki, hazırda aparılan istintaqın məzmunu və təfərrüatları ilə tanış olmadan aparılan siyasi-ideoloji qiymətləndirmələr arasında Prezident Rəcəb Tayyib Ərdoğana qarşı böhtan xarakterli iddialar var.

"Ərdoğanın hüquqlarını qoruyacaq və böhtan kampaniyalarına qarşı çıxacağıq", - o əlavə edib.

İdarə rəhbəri məhkəmə tərəfindən verilən qərara cəmiyyətin bütün təbəqələri tərəfindən hörmətlə yanaşılmalı olduğunu xatırladıb: "Bu prosesdə dezinformasiyaya qarşı mübarizəmizi davam etdirəcəyik. Vətəndaşlarımızdan təsdiqlənməmiş və şübhəli məzmuna qarşı diqqətli olmaqla bu mübarizəni dəstəkləmələrini, həmişə olduğu kimi, rəsmi qurum və orqanların bəyanatlarına inanmalarını ciddi şəkildə xahiş edirik”.


SON XƏBƏRLƏR

19 Mart 2025