• Bakı 23° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

FHN-də iş vədi ilə 17 min manatlıq dələduzluq

HADİSƏ

09 Iyun 2026 | 14:23

FHN-də iş vədi ilə 17 min manatlıq dələduzluq

Fövqəladə Hallar Nazirliyində (FHN) işə düzəltmək adı ilə vətəndaşı aldadaraq 17 min manatını ələ keçirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Bakıvaxtı.az-ın xəbərinə görə, Qaynarinfo məlumat yayıb ki, ittihama görə, Adil Qasımov (şərti) iş üzrə zərərçəkmişə yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu və onun oğlunu FHN-də işə düzəldə biləcəyini deyib. O, məsələni həll etmək üçün pul tələb edib və 2022-ci ilin sentyabrından 2023-cü ilin martınadək müxtəlif vaxtlarda vasitəçi şəxs üzərindən 5 min, 8 min və 4 min manat olmaqla ümumilikdə 17 min manat alıb.

Lakin sonradan verdiyi vədə əməl etməyib. Zərərçəkmiş şəxs pulunun geri istəsə də, nəticəsi olmayıb və hüquq-mühafizə orqanlarına müraciət edib.

Məhkəmə iclasında Adil Qasımov verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, işə düzəltmək adı ilə yalnız 5 min manat aldığını iddia etsə də, məhkəmə araşdırması zamanı zərərçəkmişin, şahidlərin ifadələri və digər sübutlar onun dələduzluq əməlini törətdiyini təsdiqləyib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq- xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə müəyyən edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası da qüvvədədir. Əvvəlki hökm üzrə təyin olunmuş cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb və nəticədə ona qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Adil Qasımovun əvvəlki cinayət işi üzrə 2 gün, eləcə də hazırkı iş üzrə 4 ay 21 gün (cəmi 4 ay 23 gün) müddətində şübhəli şəxs qismində tutulması, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 10 ay 7 gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR