• Bakı C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.771

    RUB - 1.9004

Nazirlikdən od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət 

CƏMİYYƏT

04 Mart 2025 | 09:22

Nazirlikdən od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət 

Fövqəladə Hallar Nazirliyi od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Məlumatda qeyd edilib ki, bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Od çərşənbəsini qeyd edir:

"Bu çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi bayram sevincimizin arzuolunmaz və acı nəticələrlə sonlanmasına səbəb ola bilər.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!".


SON XƏBƏRLƏR