Müğənni Əli Mirəliyev Əməkdar artist Firuzə İbadova ilə bağlı qalmaqallı açıqlama verib.
Bakıvaxtı.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə o, "Tarixin bir günü" verilişində danışıb.
İfaçı deyib ki, F. İbadova vaxtında çox qazansa da, onları ailəsinə verib:
"Firuzə yazıq nə etsin? Bir otaqlı evdə qalır. Öz ağılsızlığının ucbatından... Vaxtında qazandıqlarını satdı, anasına-bacısına verdi...".