Türkiyəli aktyor Necip Naşit Özcan 68 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Fevralın 27-də beyin qansızması keçirən aktyor müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
O, “Yeşilçam”da unudulmaz rolları ilə yadda qalan Adile Naşitin qardaşı oğlu idi.
Necip Naşit Özcan 18 serial və 4 filmdə rol alıb, bir sıra teatr tamaşalarına quruluş verib.