• Bakı 13° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Frank Riberi "Bavariya"ya qayıda bilər

İDMAN

07 Avqust 2021 | 11:34

Frank Riberi "Bavariya"ya qayıda bilər

İtaliyanın "Fiorentina" klubundan ayrılan Frank Riberi yenidən Almaniya "Bavariya"sının formasını geyinə bilər.

Bakıvaxtı.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi hazırda Münhendə fərdi məşqlər edir və karyerasını davam etdirmək üçün müxtəlif variantları nəzərdə keçirir.

"Bavariya"nın İdarə Heyətinin sədri sədri Oliver Kan və fəxri prezident Uli Hönnes fransalı oyunçunun kluba qayıtmasını istəyir.

Qeyd edək ki, Frank Riberi 2007 - 2019-cu illərdə "Bavariya"nın formasını geyinib. O, Münhen təmsilçisinin heyətində 8 Almaniya çempionluğu və UEFA Çempionlar Liqasını qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026