Fransada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, ölkənin Durua departamentində baş vermiş insidentdə üç nəfərin öldüyü bildirilib.
İlkin ehtimallara görə, hadisəyə əlverişsiz hava şəraiti səbəb olub.
Hazırda qəzanın təfərrüatları araşdırılır.
















