Müharibənin, zorakılığın miqyasını görmək, onların doğura biləcəyi mənfi nəticələri görmək üçün hadisə yerində olmaq çox əhəmiyyətlidir. Bütün şəhər darmadağın edilib və xəritədən silinmək üzrədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan fransalı hüquqşünas Eliz Arfi bildirib.
O qeyd edib ki, Fransada çox sayda erməni yaşayır və bu baxımdan Ermənistan tərəfindən işğal edilən, rəsmən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağla bağlı mövqe həssasdır. “Biz Fransada bu məsələ ilə bağlı baxışları və fikirləri tarazlaşdırmaq üçün buradayıq”, - deyə hüquqşünas əlavə edib.(azvision.az)
















