• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Gecə klubunda başına beton düşən model danışdı: "Tanımadığım bir oğlan..."

MƏDƏNİYYƏT

04 Aprel 2022 | 23:18 | Müəllif: Subhan Mahmudov

Gecə klubunda başına beton düşən model danışdı: "Tanımadığım bir oğlan..."

Türkiyədə yayımlanan məşhur "İşte benim stilim" proqramının üçüncü sezon iştirakçısı, azərbaycanlı model Təranə Rzayeva (Merlin Təranə) gecə klubunda baş verən hadisədən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-a açıqlama verən model bildirib ki, onun həyatını tanımadığı bir nəfər xilas edib:

"Rəfiqələrimlə idim. Qəfil partlayış səsi gəldi, hər yer silkələndi. Qışqırıq səslərindən vahiməyə düşdüm. Sonra klubun beton dirəyi üstümə aşdı. Gördüm ki, saçlarım yanır. Tanımadığım bir oğlan məni xilas etməsə yanıb öləcəkdim".

O həmçinin rəfiqəsi Ayselə (bloger Aysel Şükürova) görə stres keçirdiyini bildirib:

"Ayselə görə çox stres keçirdim. Elə bildim qalıb içəridə. Birinci məni xəstəxanaya gətirdilər. Onunla xəstəxanada görüşdüm, çox sevindim onu görəndə. O da elə bilib mən içəridə qalıb ölmüşəm".

Model səhhətindən də söz açıb:

"Hazırda nisbətən yaxşıyam. Çantam, əşyalarım, pulum orada yandı, telefonum partladı. İndi xəstəxanadayam".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026