• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Manatın məzənnəsi ilə bağlı PROQNOZ - RƏSMİ

İQTİSADİYYAT

17 Sentyabr 2024 | 23:30

Manatın məzənnəsi ilə bağlı PROQNOZ - RƏSMİ

Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6% təşkil edəcəyini proqnozlaşdırır.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Proqnoz İqtisadiyyat Nazirliyinin beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirləri əsas götürərək hazırlanıb.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 2,7 % olacağını gözləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3%, avqust ayında ötən ilin eyni ayına nisbətən 3,5%, bu ilin iyul ayına nisbətən 0,4% artıb.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024