• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Gəncə sakini külli miqdarda narkotik vasitə ilə saxlanıldı -FOTO

HADİSƏ

02 Yanvar 2024 | 09:35

Gəncə sakini külli miqdarda narkotik vasitə ilə saxlanıldı -FOTO

Gəncə şəhər sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb. Əməliyyat zamanı ümumilikdə 2,5 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində keçirdikləri əməliyyat zamanı Gəncə şəhər sakini Elnur Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.

    Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.


    Gəncə sakini külli miqdarda narkotik vasitə ilə saxlanıldı -FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR