• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Zaqatalada 3-ü avtomat olmaqla 6 odlu silah götürüldü

HADİSƏ

01 Fevral 2024 | 08:54 | Müəllif: Qalib İbrahimoğlu

Zaqatalada 3-ü avtomat olmaqla 6 odlu silah götürüldü

Zaqatalada qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 3-ü “Kalaşnikov” markalı avtomat, 1-i yivli “TOZ-8”, 2-si isə ov tüfəngi olmaqla ümumilikdə 6 odlu silah, eləcə də 1 ədəd süngü-bıçaq, 100-ə yaxın patron və 6 ədəd daraq götürülüb. Aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq həmin silahlardan 2-sini vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində zəruri əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026