Abşeron rayonu Hökməli qəsəbəsi Nübar yaşayış massivində həkim-proktoloq, 1961-ci il təvəllüdlü Zahid Fərman oğlu Baxşəliyev intihar edib.
Bakıvaxtı.az Lent.az-a istinadə xəbər verir ki, hadisə fevralın 18-də qeydə alınıb. Sabunçu Tibb Mərkəzində çalışan həkim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.