• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakıda “TikTok”erlər qəza zamanı xəsarət alıblar

HADİSƏ

31 Mart 2024 | 10:10 | Müəllif: Subhan Mahmudov

Bakıda “TikTok”erlər qəza zamanı xəsarət alıblar

Bakının Səbail rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

Belə ki, KIA markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.

Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Fərid qızı Əliyeva və Ləman Nəcəf qızı Ələkbərova ağır bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər. Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” sosial şəbəkəsində məşhurlaşıblar./apa

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR