• Bakı 10° C

    8.54 m/s

  • USD - 1.7

    EUR - 1.9335

    RUB - 2.0591

Saatlıda avtomobil azyaşlını vuraraq öldürdü

HADİSƏ

01 Mart 2024 | 17:36

Saatlıda avtomobil azyaşlını vuraraq öldürdü

Bu gün saat 17 radələrində Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daewoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Məlumata görə, azyaşlı aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.


SON XƏBƏRLƏR

28 Aprel 2025