İranda hökumət mollasına bıçaqlı hücum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb .
Məlumata görə, bir neçə saat öncə Yəzd əyalətinin Meybod şəhərinin müvəqqəti cümə imamı Şeyx Əlirza Həsəniyə bıçaqlı hücum edilib.
Ətrafdakıların müdaxiləsi nəticəsində sui-qəsdin qarşısı alınıb.
Hücum edən şəxs saxlanılıb.
Günəş Mərd