• Bakı 17° C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.8456

    RUB - 0.0183

Metrodakı problem aradan qaldırıldı - YENİLƏNİB

HADİSƏ

01 Mart 2024 | 18:26

Metrodakı problem aradan qaldırıldı - YENİLƏNİB

Texniki cəhətdən nasaz qatar xətdən çıxarılaraq, Bakı metrosunun "Xocəsən-Avtovağzal" istiqamətində hərəkət tam bərpa olunub.

“Bakı Metropoliteni” QSC-dən Bakıvaxtı.az-a bildirilib ki, saat 18:00-da "Xocəsən" stansiyasının işi bərpa olunub və sərnişinlərin qəbuluna başlanılıb.

QSC baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə bir daha sərnişinlərdən üzr istəyir.

 

***16:26

“Xocəsən” stansiyasından “Avtovağzal” stansiyası istiqamətində hərəkətə başlayan qatarda texniki nasazlıq yaranıb.

Bu barədə Bakıvaxtı.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sərnişinlərin “Xocəsən” elektrik deposu ərazisində olan qatardan təxliyə edilməsi zərurəti yaranıb. Təxliyə problemsiz başa çatdırılıb.

Texniki problem aradan qaldırılana qədər “Xocəsən” stansiyasına sərnişinlərin girişi tam məhdudlaşdırılıb”.

“Xocəsən” stansiyası istiqamətində hərəkət edən sərnişinlərdən xahiş olunur ki, nasazlıq aradan qaldırılana qədər alternativ nəqliyyat vasitələrindən istifadə etsinlər.

“Avtovağzal” - “8 Noyabr” sahəsində qatarların hərəkəti qrafik üzrə normal qaydada təmin olunur.

Qatarların “Xocəsən” stansiyası istiqamətində hərəkətinin bərpa edilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Baş vermiş nasazlıq səbəbilə yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

12 Aprel 2024