Saatlıda avtomobil yolu keçmək istəyən azyaşlının vuraraq öldürüb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Saatlı rayonunun Qara Nuru kəndi ərazisində İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Gündüz Hacıyev idarə etdiyi "Daevoo" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman yolu keçmək istəyən kənd sakini 2016-cı il təvəllüdlü P.Məmişovanı vurub.
Sonuncu aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.