• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gəncə sakinlərindən silah və narkotik götürüldü

HADİSƏ

04 May 2022 | 14:57

Gəncə sakinlərindən silah və narkotik götürüldü

Gəncə şəhər sakinlərində silah və narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Fərəcov saxlanılıb.

Şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid bir ədəd sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini İbrahim Fuladi saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 25 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Həmin silahın hər hansı bir cinayətdə istifadə edilib-edilməməsini müəyyən etmək üçün aidiyyəti ekspertizaya göndərilib.

Bundan başqa Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbdirləi nəticəsində isə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İrakli Feyzullayevdən çəkisi 2 kq-dan çox narkotik vasitə olan “marixuana” aşkar edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.


Gəncə sakinlərindən silah və narkotik götürüldüGəncə sakinlərindən silah və narkotik götürüldüGəncə sakinlərindən silah və narkotik götürüldüGəncə sakinlərindən silah və narkotik götürüldüGəncə sakinlərindən silah və narkotik götürüldü
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026