• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Gəncədəki hadisədə ölənlərin sayı artdı

CƏMİYYƏT

12 Dekabr 2022 | 09:20

Gəncədəki hadisədə ölənlərin sayı artdı

Ötən gecə Gəncə şəhərində qohumlar arasında baş vermiş dava-dalaş zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada vəfat edib.

Bakıvaxtı.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, baş verən hadisədə bıçaqlanan Niyazi Bayramov da ölüb.

Qeyd edək ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

Borc pul üstündə yaranmış münaqişə zamanı 1980-ci il təvəllüdlü Əli Məmmədov güllələnərək qətlə yetirilib, onun oğlu, 2004-cü il təvəllüdlü Ayxan xəsarət alıb. Həmçinin 1986-cı il təvəllüdlü Kamal Bayramov və 1994-ci il təvəllüdlü Niyazi Bayramov bıçaqlanaraq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. 


Gəncədəki hadisədə ölənlərin sayı artdıGəncədəki hadisədə ölənlərin sayı artdı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR