• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Gəncədəki qəzada ölənlər hərbçi imiş - FOTOLAR

HADİSƏ

01 Oktyabr 2022 | 09:16

Gəncədəki qəzada ölənlər hərbçi imiş - FOTOLAR

Ötən gün ağır yol qəzasında ölən şəxslərin hərbçi olduğu məlum olub. 

Bakıvaxtı.az  xəbər verir ki, onlar Gəncə şəhər sakini, MAHHXHQ Musayev İslam İsax oğlu və Şəki şəhər sakini, MAHHXHQ Aslanov Mübariz Azər oğludur. 

Məlumata görə, hər iki hərbi qulluqçusu 44 günlük Vətən müharibəsində və 13 Sentyabr 2022 -ci il düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına döyüşüblər. 

Hər iki hərbçi Cəlilabad rayon Cümə məscidində qüsul və kəfən edilib, Azərbaycan bayrağına bükülmüş tabuta qoyularaq öz yaşadığları rayona yola salınıb.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında köhnə Ələt-Astara avtomobil yolunun 146-cı km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb və nəticədə iki nəfər ölüb.


Gəncədəki qəzada ölənlər hərbçi imiş - FOTOLARGəncədəki qəzada ölənlər hərbçi imiş - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR