• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

General post rəisini idarə rəhbəri təyin etdi - FOTO

SİYASƏT

06 Fevral 2025 | 13:00

General post rəisini idarə rəhbəri təyin etdi - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin edilib.

Kamran Yusifov bundan əvvəl Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək, Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəisi təyin olunub.


SON XƏBƏRLƏR

11 Mart 2025