• Bakı 19° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Geomaqnit qasırğası bu tarixədək davam edəcək

CƏMİYYƏT

16 Iyun 2023 | 15:23

Geomaqnit qasırğası bu tarixədək davam edəcək

Hazırda Günəşin səthində 8 ləkə qrupu və 112 ləkə müşahidə olunur. 13 iyunda alışmalara bağlı olaraq II tip radioemissiya və Yerə qismən istiqamətlənmiş CME (Coronal Mass Ejections - Tac Kütlə Atılmaları) qeydə alınıb. Günəşin səthində Tac dəlikləri müşahidə olunur.

Şamaxı Astrofizika Rəsədxanasından Bakıvaxtı.az-a verilən xəbərə görə, Günəş küləyinin sürəti maksimum 681 km/san ololub.

Gözlənilən müsbət qütblü CH HSS-ə (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) 13 iyunda baş vermiş CME-nin də təsiri əlavə olunduğundan 15 iyun axşam saatlarından başlayan geomaqnit qasırğası, G2 (Kp=6) səviyyəsinə kimi yüksəlib. Hazırda da geomaqnit qasırğası davam edir.

18 iyuna kimi Günəş küləyinin sürətinə mənfi qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsirinin davam edəcəyi gözlənilir.

Geomaqnit sahəsinin mənfi qütblü CH HSS-in təsiri ilə əlaqədar 18 iyuna kimi aktiv olacağı gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026