Goranboyda qaz sızması partlayışa səbəb olub.
Bakıvaxtı.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.
1986-cı il təvəllüdlü Bəxtiyar Dünyamalıyev və 1988-ci il təvəllüdlü Nisə Verdiyeva müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstələrə lazımi tibbi yardım göstərilib, yaralılardan qadının vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, hadisə qaz sızmasından olub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
















