• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Göyçayda REYD: narkotik istifadə edən sürücülər aşkarlandı

HADİSƏ

12 Sentyabr 2024 | 08:02 | Müəllif: Əli Hüseynov

Göyçayda REYD: narkotik istifadə edən sürücülər aşkarlandı

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, “VAZ-2104” markalı avtomobilin sürücüsü Elçin Abdullayev və “VAZ-2106”-nın sürücüsü Cavid Yusifov yol hərəkəti qaydalarını pozduqları üçün onlara “saxla” işarəsi verilib.

Yoxlama zamanı sürücülərin narkotik vasitə qəbul etmələrinə dair şübhə yarandığından onlar tibbi müayinədən keçirilib.

Müayinənin nəticəsinə əsasən hər ikisinin narkotik vasitə marixuana istifadə etdikləri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026