Göygöldə bıçaqlanma hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Xəyal Əsgərov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xəstə dərhal əməliyyat edilib.
X.Əsgərovun tanışı tərəfindən bıçaqlandığı deyilir.
Faktla bağlı araşdırma aparlır.
















