• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güclü külək Tərtərdə ağacları aşırıb, binaların damlarını uçurdu

HADİSƏ

24 Dekabr 2023 | 10:38 | Müəllif: Subhan Mahmudov

Güclü külək Tərtərdə ağacları aşırıb, binaların damlarını uçurdu

Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Tərtər rayonunda bir sıra fəsad törədib.

Bakıvaxtı.az xəbər verir ki, küləyin təsirindən ağaclar aşıb, Tərtər şəhərində çoxmənzilli iki yaşayış binasının dam örtüklərinin bir hissəsi uçub.

Külək nəticəsində rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisinə və kəndlərə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Hazırda dəymiş ziyanın aradan qaldırılması istiqamətində iş aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026