• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qonşusunu xoruldadığına görə ÖLDÜRDÜ

HADİSƏ

23 Yanvar 2024 | 09:14

Qonşusunu xoruldadığına görə ÖLDÜRDÜ

ABŞ-də 55 yaşlı Kristofer Ceyms Keysi qonşusu 62 yaşlı Robert Uollesi öldürüb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, buna ikincinin yüksək səslə xoruldaması səbəb olub.

Məlumata görə, hadisədən öncə K.KeysiR.Uollesin xoruldamasından narahat olduğu üçün ona burun əməliyyatı olunmağı təklif edib. Əməliyyatın bütün xərclərini də özünün ödəyəcəyinui desə də, qonşusu bunu qəbul etməyib.

Aralarında yaranan mübahisədən sonra Keysi Uollesi sinəsindən bıçaqlayıb.

Xəstəxanaya aparılan Uollesin həyatını xilas etmək mümkün olmayıb.

Qonşusunu bıçaqlayan Keysi saxlanılıb.

Onun barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026