• Bakı 15° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Gürcüstan parlamentinin önündə aksiya keçirilir

DÜNYA

09 Noyabr 2021 | 21:13

Gürcüstan parlamentinin önündə aksiya keçirilir

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvləri Tiflisdə Ədliyyə Nazirliyinin binası qarşısında aksiya keçirirlər.

Bakıvaxtı.az xəbər verir ki, aksiya iştirakçıları keçmiş prezident Mixail Saakaşvilinin azad edilməsini, mülki xəstəxanaya köçürülməsini və növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Aksiya iştirakçıları, o cümlədən VMHP sədri Nika Meliya hökumət administrasiyası tərəfindən Ədliyyə Nazirliyinə doğru hərəkət edərək, bütün gecəni orada etiraz ediblər.

"Hər gün müxtəlif yerlərdə, müxtəlif nazirliklərin qarşısında aksiyalar keçiriləcək. Mixail Saakaşvilininin təhlükəsizliyi təmin olunmayana kimi hərəkət, hərəkət!", - deyə Meliya bildirib.

Müxalifət liderləri ədliyyə naziri Rati Breqadze ilə görüş tələb edərək, Saakaşvilinin türmə xəstəxanasındakı vəziyyətini məhz ondan öyrənmək istədiklərini deyiblər.

Nazirliyin girişinə əlavə polis qüvvələri gətirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026