Gürcüstanın Dövlət Ehtiyat Fondundan Ukraynadakı vəziyyətlə bağlı zərər çəkən əhaliyə yardım məqsədilə 1 milyon lari (320 min ABŞ dolları) həcmində vəsait ayrılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri İrakli Qaribaşvili sərəncam imzalayıb.
Vəsaitin hesabına Gürcüstanın Səhiyyə Nazirliyi dərman vasitələri və tibbi təyinatlı avadanlıqlar alacaq.
















