• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Gürcüstanda ikinci cəbhə açılmayacaq - Qaribaşvili

DÜNYA

12 Mart 2023 | 23:32 | Müəllif: Subhan Mahmudov

Gürcüstanda ikinci cəbhə açılmayacaq - Qaribaşvili

Gürcü Arzusunun hakim gücü ölkədə ikinci hərbi cəbhənin açılmasına imkan verməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

"Mən bilirəm ki, Ukraynadan onlarla insan gəlib. Onlara müraciət etmək istəyirəm: Burada nə isə olacağı ilə bağlı illüziya və gözləntilərə qapılmayın. Heç nə olmayacaq, qardaşlar. Mən Ukraynadakı bütün döyüşçülərə öz ölkəsinə sağ-salamat qayıtmasını arzulayıram. Mən sizi çirkin təxribatlara qapılmamağa çağırıram. Biz onların təsəvvür edə bildiklərindən də çox şey bilirik. Bu gün dövlət ən yüksək səviyyədədir. Nə qədər ki, Gürcü Arzusu hakimiyyətdədir, bir saniyə belə imkan verməyəcəyik", - o bildirib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski eks-prezident Mixail Saakaşvilinin Ukraynadan olan bir qrup tərəfdarının etirazlar fonunda inqilabi ssenarini həyata keçirmək üçün ölkəyə gəldiyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026