• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Gürcüstanın Baş naziri Ukraynanın tələblərindən danışdı

DÜNYA

12 Mart 2024 | 13:00

Gürcüstanın Baş naziri Ukraynanın tələblərindən danışdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukrayna parlamentindəki “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamiyanın irəli sürdüyü tələblərdən təəssüfləndiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Kobaxidzenin sözlərinə görə, bu bəyanat təəssüf doğurur və iki ölkə arasındakı dostluq münasibətlərinə uyğun gəlmir.

O, həmçinin vurğulayıb ki, Gürcüstan Ukraynanı dəstəkləyir və təkcə sözlə deyil, həm də konkret əməllərlə həmrəyliyini ifadə edir, lakin ukraynalı siyasətçilərin respublikanın daxili işlərinə qarışmasına imkan verməyəcək.

Qeyd edək ki, D.Araxamia Tbilisi ilə Kiyev arasında münasibətlərin normallaşdırılması üçün bir sıra şərtlər irəli sürüb, Gürcüstan və Rusiya arasında birbaşa uçuşların dayandırılması, həmçinin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsdən azad edilməsi təklif etmişdi.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026