• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransa bu ölkənin Olimpiya Oyunlarından uzaqlaşdırılmasına çağırıb

DÜNYA

11 Aprel 2024 | 11:42

Fransa bu ölkənin Olimpiya Oyunlarından uzaqlaşdırılmasına çağırıb

Fransa parlamentinin üzvü Eduard Benard İsrailin 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirakına qadağa qoyulmasına çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat ölkənin idman naziri Ameli Oudea-Kasterə müraciətində açıqlayıb. 

“Benard xanım nazirin diqqətini 2024-cü ildə Parisdə keçiriləcək Oyunlardan başlayaraq İsrailin Olimpiya Oyunlarından kənarlaşdırılmasına dəstək məqsədilə 300-dən çox Fələstinin idman klubları və vətəndaş cəmiyyəti təşkilatlarının müraciətinə cəlb edir”.

Qeyd edək ki, fevralda Avropa Parlamentinin 13 nəfərdən ibarət üzvü Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) Qəzza zolağında münaqişə ilə əlaqədar İsrail klublarını və milli komandalarını yarışlardan kənarlaşdırmağa çağırıb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026