İyulun 23-də gecə saatlarında Hacıqabul rayon sakini Vüsal Məmmədovun sinə nahiyyəsinə bıçaqla yetirilmiş xəsarət ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirməkdə şübhəli bilinən İlkin Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Məmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
*** 23.07.2020 saat 22:47
Hacıqabulda bıçaqlanma baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Hacıqabul şəhərində toy mərasimində qeydə alınıb.
Şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Vüsal Vidadi oğlu münaqişə zəminində bıçaqlanıb. 31 yaşlı kişiyə vurulan bıçağın tiyəsi sınaraq onun sinəsində qalıb. Yaralı Şirvan xəstəxanasına yerləşdirilərək əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.
Faktla bağlı araşdırma aparılır. (apa)
















