• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Hacıqabul sakinindən avtomat götürüldü 

CƏMİYYƏT

23 Sentyabr 2022 | 10:41 | Müəllif: Qalib İbrahimoğlu

Hacıqabul sakinindən avtomat götürüldü

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq saxlamaqda şübhəli bilinən rayon sakini Nizami İbrahimov saxlanılıb.

Bu barədə Bakıvaxtı.az- DİN-dən bildirilib. Verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı isə oradan “AKM” markalı avtomat silahı da götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR