• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hadrutda inzibati mərkəzin təməli qoyulub

CƏMİYYƏT

05 May 2023 | 18:06 | Müəllif: Subhan Mahmudov

Hadrutda inzibati mərkəzin təməli qoyulub

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonunun Hadrut qəsəbəsində inzibati mərkəzin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma layihə barədə məlumat verilib.

Bildirilib ki, inzibati zonanın ümumi sahəsi 4,2 hektardır. Buraya inzibati bina, bələdiyyə binası, mədəniyyət mərkəzi və infrastruktur qurumlarının ofislərinin binaları daxildir.

Qəsəbənin inzibati ərazisinə bütün yol infrastrukturunun, kommunikasiya xətlərinin, o cümlədən işıq, rabitə və yüksəksürətli internetin çəkilməsi planlaşdırılır. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metr olacaq. Hadrut qəsəbəsinin inzibati ərazisinin tikintisinin 2024-cü ilin martında başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev Hadrut qəsəbəsində inzibati mərkəzin təməlini qoyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR