• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hakan Fidan İsveçin qərarını pislədi

DÜNYA

28 Iyun 2023 | 18:51

Hakan Fidan İsveçin qərarını pislədi

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İsveçin Qurani-Kərimin yandırılması ilə bağlı qərarını pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə öz rəsmi twitter hesabında paylaşım edib.

"Qurban bayramının ilk günü İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən çirkin hərəkəti pisləyirəm! Söz azadlığı bəhanəsi ilə bu cür anti-İslam hərəkətlər yolverilməzdir", - deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, bugün İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR