• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ölən nazirin yerinə o gətirildi

DÜNYA

28 Iyul 2023 | 15:08

Ölən nazirin yerinə o gətirildi

Belarus Prezidenti Aleksandr Lukaşenko Aleksey Lyaxnoviçi nəqliyyat və kommunikasiya naziri təyin edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Bu təyinatadək A. Lyaxnoviç nazirin birinci müavini vəzifəsini tuturdu.  

Bundan başqa, Gennadi Trubilo mənzil və kommunal xidmətlər naziri, İqor Brılov isə Prezidentin köməkçisi – Vitebsk vilayəti üzrə inspektor təyin ediliblər.

Xatırladaq ki, iyulun 5-də nəqliyyat və kommunikasiya naziri Aleksey Avramenko 46 yaşında qəfil dünyasını dəyişib. Avramenko bu vəzifədə 2019-cu ilin yanvarın 15-dən çalışırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026