• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putin dostunu öldürdü, sonra “Xaç atası” kimi… - Conson

DÜNYA

27 Avqust 2023 | 15:00 | Müəllif: Subhan Mahmudov

Putin dostunu öldürdü, sonra “Xaç atası” kimi… - Conson

"Vaqner"in rəhbəri Yevgeni Priqojinə mümkün sui-qəsd Rusiya Prezidenti Vladimir Putinin göstərişi olmadan baş verə bilməzdi. Bu, onu göstərir ki, Putinlə danışıqların mənası yoxdur.

Bakıvaxtı.az bildirir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

"Putin özünü qanqster kimi göstərdi və onun vaqnerçilərə televiziya vasitəsilə verdiyi absurd başsağlığı sadəcə olaraq "Xaç atası" filminin səhnəsindən götürülüb.

Bu qətllərlə Putin gözümüzün qabağında Asiya despotuna çevrilir, o, burada kimin ağa olduğunu göstərmək üçün keçmiş sevimli kadrını öldürdü", - Conson köşə yazısında qeyd edib.

O bildirib ki, Putin Ukraynada qalib gəlsə, bu, bütün dünyada demokratiya üçün fəlakət olacaq:

"Putin qalib gəlsə, bu, "Qərbə etibar etmək olmaz" deyənlər üçün bəhanə olardı"./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026