• Bakı C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil

DÜNYA

15 Dekabr 2024 | 23:40

Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil

“Türkiyə Suriyada demokratik sivil hökumətin qurulmasını istəyir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək:

“Biz Suriyada demokratik mülki hökumət qurmağa çalışırıq. Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.

Nazir əlavə edib ki, Türkiyə ABŞ və Suriyanın yeni hakimiyyət orqanları arasında vasitəçi rolunu oynamağa hazırdır. Bundan əlavə, Fidan vurğulayıb ki, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə hərəkətləri koordinasiya edir.


SON XƏBƏRLƏR

15 Dekabr 2024