• Bakı 12° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Havada tozun miqdarı normadan çoxdur

CƏMİYYƏT

02 Aprel 2024 | 08:51 | Müəllif: Qalib İbrahimoğlu

Havada tozun miqdarı normadan çoxdur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün gecə saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

    Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır.

    R.Allahverdiyeva bildirib ki, peyk görüntülərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli küləklər vasitəsilə ölkə ərazisinə Xəzər dənizi üzərindən daxil olan toz dumanıdır.

    "Tozlu hava şəraitinin yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”, - deyə baş mühəndis bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026