• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

HƏMAS və “İslami Cihad” nümayəndələri Moskvaya dəvət edildi

DÜNYA

16 Fevral 2024 | 12:57

HƏMAS və “İslami Cihad” nümayəndələri Moskvaya dəvət edildi

Rusiya HƏMAS və “İslami Cihad” da daxil olmaqla, 14-ə qədər təşkilatın nümayəndələrini Moskvada Fələstinlə bağlı görüşə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

    O, Qəzzada girovlar arasında daha üç Rusiya vətəndaşının qaldığını, Moskvanın saxlanılanların azad edilməsi üçün bütün tərəflərlə əlaqə saxladığını söyləyib: "Bir sıra ölkələrin liderləri Rusiyaya müraciət etdilər ki, Moskva Qəzzada girovları azad etmək üçün unikal imkanlarından istifadə etsin".

    Boqdanov Rusiyanın Rəfah ətrafında yaranmış vəziyyətdən narahat olduğunu və bütün tərəflərlə əlaqə saxladığını da ifadə edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    22 Noyabr 2026