ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) 25 ştatda 100-dən çox uşaqda hepatit halları üzərində aparılan araşdırmanın xəstəliyin ev heyvanlarından keçmə ehtimalını araşdırdığını açıqladı.
Bakıvaxtı.az xəbər verir ki, CDC-nin sözçüsü dr. Cey Butler, 2021-ci ilin oktyabrından bəri naməlum hepatitdən şikayət edən uşaqların 94 faizinin xəstəxanaya yerləşdirildiyini, 14 faizinin isə qaraciyər transplantasiyasına ehtiyac duyduğunu bildirib.
CDC rəsmisi həkimləri və səhiyyə işçilərini 10 yaşdan kiçik uşaqlarda qaraciyər fermentlərinin yüksəlməsi ilə bağlı oxşar hallar olub-olmadığını bildirməyə çağırıb.
Nur
















