• Bakı 19° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Zabuxdakı erməni sakinlərə köçpulu paylanır

CƏMİYYƏT

13 Avqust 2022 | 13:24

Zabuxdakı erməni sakinlərə köçpulu paylanır

Laçının Zabux kəndində məskunlaşan erməni ailələr bu günlərdə köçə hazırlaşırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun hazırladığı materialda bildirilir. Videomaterialdan görünür ki, ermənilər artıq əşyalarını toplayıb, getməyə hazırlaşırlar.

Videoda müsahibə verən erməni deyir ki, Zabuxdan İrəvana köçüb, orada kirayə mənzildə yaşayacaq. Xatırladılır ki, kəndin Azərbaycana qaytarılmasına qoyulan vaxtın bitməsinə cəmi 2 həftə qalıb.

Qeyd olunur ki, Qarabağdakı qondarma erməni rejiminin rəhbərliyi Zabuxdan çıxanlara mənzil almaq üçün 20-30 min dollar verəcəyini vəd edib.

 

 


SON XƏBƏRLƏR

24 Aprel 2024