“Hər il 400 nəfər Azərbaycan vətəndaşı dövlət hesabına xaricdə təhsil almaq hüququ əldə edəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, onlar xaricdə əsasən magistratura təhsili alacaqlar.
Nazir deyib ki, proqramda tələbələrə təqaüdlərin verilməsi, səfər, sığorta və digər xərclər tərəfindən ödəniləcək.
Ramid İbrahimov
















