“Sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçının və hərbi rütbəli şəxslərin pensiyası son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılacaq”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, dəyişikliklərin hamısı pozitiv dəyişikliklərdir.
Deputrat bildirib ki, qanuna dəyişikliklər vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılmasına şərait yaradan dəyişikliklərdir.
Nuranə Daxilqızı
















