• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hərbi institutun kursantları ilə təlim keçirildi - VİDEO

CƏMİYYƏT

17 Mart 2023 | 13:05

Hərbi institutun kursantları ilə təlim keçirildi - VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun 2022-2023-cü tədris ili üçün hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları ilə "praktiki dəniz təlimi" keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə kursantlara şəxsi heyətin gəmidə davranış, təhlükəsizlik qaydaları və gündəlik fəaliyyəti izah edilib.

Kursantlar gəmilərin döyüşə və səfərə hazır vəziyyətinə gətirilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.

Keçirilən məşğələlərdə əsas məqsəd kursantların tədris müddətində yiyələndikləri nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026